VİZYONUMUZ: Universitetimizin özünün yenilənən olduqca müasir təhsil və idarəçilik metodları ilə dünya arenasında ön sıralarda mövqeyini, qazanılmış akademik nüfuzunu qorumaq, beynəlxalq rəqabətə davamlı, keyfiyyətli dərslər tədris etməklə, ölkənin sosial və iqtisadi həyatına tövhələr vermək, eyni zamanda beynəlxalq əhəmiyyətli araşdırmalar aparmaqla Azərbaycanın, universitetimizin və kafedramızın adını yalnız ölkəmizdə deyil, ölkə hüdudlarından kənarda da yüksəldə biləcək, peşəkar keyfiyyətlərə malik akademik heyətə sahib kafedra kimi tanınmaqdır.
MİSSİYAMIZ: Müasir dünyada baş verən sürətli yeniliklərə uyğun olaraq, yenilənən texnologiyalardan, innovativ idarəetmə və təhsil metodlarından istifadə edərək, cəmiyyətə faydalı, öz sosial məsuliyyətini dərk edən, hüquq və vəzifələrini yetərincə bilən, etik və milli dəyərlərə qarşı həssas, cəmiyyətdə düşüncəsi və davranışları ilə fərqlənəcək, eyni zamanda karyerasında qazandığı bilik və təcrübələrdən istifadə edərək yüksələn, liderlik və idarəçilik bacarıqlarına sahib, yaradıcı, yeniliyə açıq, daima özünü inkişaf etdirməyə səylər göstərən fərdlər yetişdirməkdir.