İqtisadiyyat və işlətmə

Nurkhodzha  Akbulaev

Nurkhodzha Akbulaev

“İqtisadiyyat və işlətmə” kafedrasının müdiri (ict. əsas.), b/m.

Kafedra elm sahəsində öz fəaliyyəti ilə seçilən, dövlət və özəl sektorun bugünki və gələcək ehtiyaclarını qarşılayan istedadlı kadrlar yetişdirilməsində müasir təhsil metodlarından istifadə etməyi, əldə etdiyi yeni bilik və təcrübələrini tələbələrimizlə paylaşaraq keyfiyyətli təhsil verməyi qarşısına məqsəd qoyur.

MƏRAMIMIZ (VİZYONUMUZ). Özünün müasir, yenilənən təhsil və idarəçilik metodları ilə universitetimizi dünya arenasında ön sıralara çıxarmaq üçün  yalnızca ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da sayılıb seçiləcək, beynəlxalq rəqabətə davamlı, keyfiyyətli dərslər tədris etmək, ölkənin sosial və iqtisadi həyatına tövhələr verəcək, eyni zamanda beynəlxalq əhəmiyyətli araşdırmalar apararaq Azərbaycanın, universitetimizin və kafedramızın adını yüksəldə biləcək liderlik keyfiyyətlərinə  malik akademik heyətə sahib kafedra olmaqdır.

MİSSİYAMIZ. Müasir dünyada baş verən yeniliklərə uyğun olaraq, yenilənən texnologiyalardan, idarəetmə və təhsil metodlarından istifadə edərək, cəmiyyətə faydalı, öz sosial məsuliyyəttini dərk edən, hüquq və vəzifələrini bilən, etik dəyərlərə qarşı həssas, cəmiyyətdə düşüncəsi və davranışları ilə fərqlənəcək, eyni zamanda karyerada qazandığı bilik və təcrübələri istifadə edərək yüksələn, liderlik və idarəçilik bacarıqlarına sahib, yaradıcı, yeniliyə açıq, daima özünü inkişaf etdirən fərdlər yetiştirmək üçün keyfiyyətli dərslər tədris etmək, yazdığı məqalə və kitablarla həm ölkə daxilində, həm də beynəlxalq arenada tanınan bir akademik heyətə sahib olmaqdır.

Kafedralarda tədris olunan fənlər

İqtisadiyyat (İktisat)
İşletme (Biznesin idarə edilməsi)
Maliye (Maliyyə)
Muhasebe (Mühasibat)
Pazarlama ( Marketinq)
Kamu yönetimi (Dövlət və bələdiyyə idarəetməsi)
Uluslararası Ticaret ve lojistik ( Beynəlxaq ticarət və lojistika)

STRATEJİ MƏQSƏDİMİZ. Kafedramız elm sahəsində öz fəaliyyəti ilə seçilən, dövlət və özəl sektorun bugünki və gələcək ehtiyaclarını qarşılayan istedadlı kadrlar yetişdirilməsində müasir təhsil metodlarından istifadə etməyi, ölkəmizin inkişafına öz tövhəsini verməyi,  əldə etdiyi yeni bilik və təcrübələrini tələbələrimizlə paylaşaraq keyfiyyətli və rəqabət qabiliyyətli təhsil verməyi qarşısına məqsəd qoymuşdur.

DƏYƏRLƏRİMİZ. Kafedramızın təməlində bizi özünəməxsus edən və digər kafedralardan fərqləndirən əsas cəhət dəyərlərimizdir. İllər keçsə də, bu dəyərlərə sadiq qalaraq onların işığında gələcəyə doğru irəliləməkdəyik.

Əlaqə

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (IV korpus)

Telefon

+(994) 12 440-89-37

E-poçt

nurhoca@gmail.com

Başqa kafedralar