12 ildən artıq müddət ərzində xaricdə və yerli turizm müəssisələri və dövlət əhəmiyyətli tədbirlərin təşkili sahəsində rəhbər vəzifələrdə çalışıb.
2017-2019-cu illərdə Azərbaycan Turizm və Menecment Universitetində dekan müavini, tədris işləri üzrə prorektor, 2018-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun müdiri vəzifələrində çalışıb.
Həmin vəzifədə çalışarkən bir sıra ali və orta təhsil müəssisəsinin fəaliyyətinin strateji koordinasiyası işini həyata keçirib. Bir sıra beynəlxalq təşkilatlar, özəl və dövlət qurumları arasında təhsil layihələrinin icrası işinə rəhbərlik edib.
2016-cı ildən pedaqoji fəaliyyət göstərərək, turizm, marketinq və menecment ixtisasları üzrə bir sıra fənlərin ingilis dilində tədrisini həyata keçirir və tələbələrə elmi rəhbərlik edir. 2022-ci ilin fevral ayından isə Keyfiyyət təminatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
18 oktyabr 2024-cü ildən Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsini icra edir.
Hazırda Hüseyn Mustafa oğlu Həsənov UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes (ingilisdilli)” kafedrasının müəllimidir.