Monika  Garai Fodor

Monika Garai Fodor

Avesis linki
 İstiqlaliyyət 6, AZ 1001, UNEC-in Əsas tədris korpusu
(+994) 70 242 90 10
wrc@unec.edu.az ; nargiz_hajiyeva@unec.edu.az
Monika Garai Fodor – Macarıstanın Obuda Universiteti, Károly Keleti Biznes və İdarəetmə Fakültəsinin dosentidir.
Ali təhsilini 1998-2003-cü illərdə Szent İştvan Universitetinin İqtisadiyyat və Sosial Elmlər fakültəsində almışdır.
Daha sonra həmin universitetdə Menecment və Biznes idarəçiliyi ixtisası üzrə doktorantura təhsili alan M.Fodor “Qida istehlakının təhlili və institusianal iaşədə üstünlüklər” mövzusunda dissertasiya işini müdafiə edərək 2009-cu ildə Ph.D. elmi dərəcəsinə layiq görülmüşdür.

Macarıstanın Obuda Universiteti Károly Keleti Biznes və İdarəetmə fakültəsinin dosenti, həmçinin həmin fakültənin dekanıdır.
Tədqiqat sahələrini İstehlakçı davranışının dəyər əsasında təhlili; Müştəri və istehlakçı davranışı baxımından marketinq kommunikasiyası tendensiyalarının təhlili və təsirinin qiymətləndirilməsi; İş yerinin seçiminə və işəgötürən brendinə təsir edən amillərin təhlili; Sağlamlıq şüurunun və sağlamlıq mədəniyyətinin nəsillərə xas təhlili və s. istiqamətlərdə tədqiqatlar təşkil edir.
Czestochowa Texnologiya Universitetində, Varşava İqtisadiyyat Məktəbində, Tiran Avropa Universitetində, Kluj- Napoka  Babes-Bolyai  Universitetində  "Elektrik  mühəndisliyi"
ixtisası üzrə təcrübə proqramlarında iştirak etmişdir.
Bir sıra 
beynəlxalq və yerli layihələrin layihə meneceri, tədqiqatçısı, layihə menecerinin köməkçisi, aparıcı elmi işçisi olmuşdur.
Macarıstan Elmlər Akademiyasının Kənd Təsərrüfatı Elmləri Bölməsinin Marketinq Təlimçiləri Klubunun və Davamlı İnkişaf üzrə Macarıstan Biznes Şurası “Gələcəyin Liderləri” İstedad Proqramının Peşəkar Münsiflər Heyətinin üzvüdür.
Tədqiqat sahəsi üzrə nüfuzlu elmi nəşrlərdə çap olunan 100-ə yaxın elmi əsərin müəllifidir.
Belə ki, onun Google Schoolar elmi bazasında məqalə sayı 77, h-indeksi 9, i10 indeksi 9, istinad sayı 265; Research Gate elmi bazasında məqalə sayı 75, istinad sayı 226-dır.