UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı

Aynur Səfərova

Aynur Səfərova

UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatının sədri

Təşkilat inklüziv təhsilin təşviqi və bu sahədə maarifləndirmə işlərini həyata keçirir, həssas qrupa daxil olan tələbələr üçün sosial və akademik mühitin yaradılmasına dəstək göstərərək bərabər təhsil imkanlarının təmin olunmasına diqqət yetirməyi nəzərdə tutur. 

UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı təhsil alan bütün gənclərin, o cümlədən həssas kateqoriyaya aid gənclərin inkişafını və innovasiya sahəsində iştirakını təmin etməklə məşğul olan, təhsil müəssisəsinin ictimai həyatında inklüziv fəaliyyətin artırılması, həssas tələbələrin intellektual potensiallarının inkişaf etdirilməsi, onların universitet həyatına və cəmiyyətə adaptasiyasının dəstəklənməsi, ideya və təkliflərinin dəyərləndirilməsi, maraqlarının müdafiə edilməsi eləcə də sosial problemlərin həlli üçün aktiv fəaliyyət göstərən tələbə təşkilatıdır.

Təşkilat, tələbələrin sosial sahəsində fəaliyyətini dəstəkləmək məqsədi ilə UNEC rəhbərliyi və UNEC İnklüziv təhsil mərkəzi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi tələbələrin sosial innovativ potensiallarını dəstəkləmək, onların ideya və təkliflərini dəyərləndirmək,müxtəlif sosial layihələrini həyata keçirmək və inklüziya sahəsində fəal iştiraklarını təmin etməkdir.

Contact

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Phone

+(994) 12 492 59 03 – 1250

Email

aynur.safarova@unec.edu.az

Other Organizations