1990-cı ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim kimi fəaliyyətinə başlamışdır.
1994-2000-ci illərdə Beynəlxalq İdarəetmə və Biznes İnstitutunda çalışmışdır.
2001-2007-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “İqtisadiyyat” və “İqtisadi nəzəriyyə” kafedrasında baş müəllim vəzifəsində işləmişdir.
2007-2009-cü illərdə Bakı Biznes Universitetində “Gömrük işinin təşkili və vergiqoyma” kafedrasında baş müəllim işləmişdir.
Hazırda "Tətbiqi iqtisadiyyat" kafedrasının baş müəllimidir.