Ülke Hilal  Çelik

Ülke Hilal Çelik

Avesis link
İstiqlaliyyət 6, AZ 1001, UNEC-in Əsas tədris korpusu
(+994) 70 242 90 10
wrc@unec.edu.az ; nargiz_hajiyeva@unec.edu.az
Ülke Hilal Çelik - Atatürk Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti.
Bakalavr və magistr təhsilini Atatürk Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində almış, 2012-2018-ci illərdə isə həmin Universitetdə doktorantura təhsilini tamamlayaraq Ph.D elmi dərəcəsinə layiq görülmüşdür.
Tədqiqat sahələrini Sosial və humanitar elmlər; İdarəetmə; İdarəetmə və təşkilatçılıq; İnsan resurslarının idarə olunması və s. istiqamətində tədqiqatlar təşkil edir.

Atatürk Universitetində İnsan resursları Ofisinin İdarə Heyətinin üzvü, Rektorluğun koordinator köməkçisi, Şəxsi Məlumatların Qorunması Şurasının üzvü, Performansın Qiymətləndirilməsi Komissiyasının üzvü vəzifələrini yerinə yetirir.
Müxtəlif illərdə Atatürk Universitetində İnsan resurslarının idarə edilməsi; Elmi tədqiqat metodları; İdarəetmədə effektiv ünsiyyət; Rəqəmsal idarəetmə və s. fənləri tədris etmişdir.
Tədqiqat sahəsi üzrə 50-ə yaxın elmi məqalənin müəllifidir.
Bir sıra yerli və beynəlxalq konfransların, simpoziumların, forumların, layihələrin iştirakçısı olub.
Belə ki, Ü.Çelikin Google Scholar elmi bazasında h- indeksi 5 təşkil edir.