UNEC olaraq tələbələr və məzunlar üçün iş axtarışı, karyera məsləhətləri və təcrübə proqramları kimi karyera dəstəyi təqdim edirik
UNEC Karyera Mərkəzi 2008-ci ilin 26 noyabr tarixində yaradılıb. Karyera Mərkəzi verilən səlahiyyətlər çərçivəsində ali təhsilin bütün səviyyələrində təhsilalanların və məzunların karyera inkişafında və məşğulluqlarının tənzimlənməsində yardım göstərir. Mərkəz UNEC, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir.Biz tələbələrimizin şəxsi və akademik məqsədlərinə nail olmalarına kömək edir və təhsil prosesində onları mənəvi və ruhi olaraq dəstəkləyir. Bu, universitet kimi bizim üçün mühüm bir vəzifədir.
Məzunlar Assosiasiyası – 260/1/2022 nömrəli 18 noyabr 2022-ci il tarixli Əmrlə UNEC Məzunlar Assosiasiyası fəaliyyətə başlamışdır. Assosiasiyanın UNEC üzrə İşçi Qrup üzvlərinin məzunlarla əlaqələrinin genişləndirilməsi, Fəxri məzunların karyera məsləhəti saatlarının təşkili, Məzun Forumu, Həmrəylik Günü, Fəxri məzunlara Məzun Kartlarının təqdim olunması və gələcəkdə Endowment Fund yaradılması ilə bağlı işlərin icrası davam etdirilir. UNEC Məzunlar Assosiasiyasına üzv olmaq üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək xahiş olunur.
*
UNEC Məzun Assosiasiyası
                        Keçiriləcək tədbirlər barədə əvvəldən elan verilir, müraciət etmək üçün qeydiyyat linki paylaşılır
Karyera Yarmarkası ildə 2 dəfə təşkil olunur
UNEC-də təşkil edilən Karyera Yarmarkasına UNEC məzunları, magistrləri müraciət edə bilərlər