Catherine  Odorige

Catherine Odorige

Ссылка Avesis
 İstiqlaliyyət 6, AZ 1001, UNEC-in Əsas tədris korpusu
(+994) 70 242 90 10
wrc@unec.edu.az ; nargiz_hajiyeva@unec.edu.az
Catherine Odorige - Macarıstan Dunaújváros Universitetinin Sosial Elmlər İnstitutunun ictimai idarəetmə üzrə fəlsəfə doktoru.
Catherine Odorige bakalavr təhsilini 1994-1997-ci illərdə Nigeriyanın Benin Universitetinin İncəsənət fakültəsində, magistr təhsilini isə 2001-2004-cü illərdə həmin universitetinin “Sosial elmlər” fakültəsində alıb.
Doktorantura təhsilini Macarıstanın Milli Dövlət Xidməti Universitetində alan C.Odorige elmi işini müdafiə edərək 2018-ci ildə Ph.D. elmi dərəcəsinə layiq görülüb.
2021-ci ildən Macarıstan Dunaújváros Universitetinin Sosial   Elmlər İnstitutunun dosentidir.
Tədqiqat sahəsini Dövlət idarəetməsi və siyasi elmlər; Beynəlxalq və Avropa konteksti; Avropa Birliyinə üçüncü ölkə vətəndaşlarının miqrasiyası və        inteqrasiyası istiqamətində araşdırmalar təşkil edir.
2019-cu ildən Macarıstan Qaçqınlarla  Əlaqələndirmə Assosiasiyasının mütəxəssisidir.
Nüfuzlu elmi nəşrlərdə çap olunan 15-ə yaxın elmi məqalənin müəllifidir. Belə ki, C.Odorigenin Research Gate elmi bazasında çap olunan 6 məqaləsinə istinad sayı 20-dir.
Bir sıra beynəlxalq layihələrin və sertifikasiyalı proqramların iştirakçısı olub.