Məmmədov Elşən Qardaşxan oğlu 4 avqust 1974-cü ildə Beyləqan rayonunda anadan olmuşdur.
1991-ci ildə Füzuli şəhəri Mirmehdi Xəzani adına orta məktəbi bitirmişdir.
1999-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmiş,
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistraturasını fərqlənmə diplomu ilə başa vurmuşdur.
2002-ci ilin mart ayında Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasında laborant vəzifəsində işə qəbul olunmuş, həmin ilin sentyabr ayından isə müəllim vəzifəsində fəaliyyətə başlamışdır.
UNEC-in «Sоsiаl sferаnın iqtisаdiyyаtı və idаrə edilməsi» kafedrasının dosentidir.
14.12.2021-ci il tarixdən 02.09.2022-ci il tarixə kimi UNEC-in İqtisadiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
02.09.2022-ci il tarixdən “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir.