Ləman Əlirzayeva - Azərbaycan Dövlət Iqtisad Universitetinin "Maşınlar, avadanlıqlar və proseslər" ixtisası üzrə doktorantı və UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının müəllimi.
Bakalavr təhsilini 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Texnoloji maşınlar və avadanlıqlar mühəndisliyi” ixtisası üzrə, magistr təhsilini isə 2017- 2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Sənayə mühəndisliyi” ixtisası üzrə alıb.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Maşınlar, avadanlıqlar və proseslər" ixtisası üzrə doktorantıdır.
Müxtəlif illərdə English School in Baku və British School in Bakuda ingilis dilini tədris etmişdir.
Hal-hazırda UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının müəllimidir.
Tədqiqat sahəsi üzrə bir neçə elmi məqalənin müəllifi, həmçinin yerli və beynəlxalq konfransların, layihələrin iştirakçısı olub.
Rus, ingilis, türk dillərini bilir.