Məhəbbət  Paşayeva  Tofiq

Məhəbbət Paşayeva Tofiq

“Humanitar fənlər” kafedrasının professoru

Ссылка Avesis
Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)
(+994) 012-492-57-31
mkmerkezi@unec.edu.az
18.07.65-də Bakı şəhərində anadan olub. 
1987-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini (indi Bakı Dövlət Universiteti)  tarix fakültəsini (1982-1987-ci illər)  fərqlənmə diplomu ilə bitirib.
Ali təhsili başa vurduqdan sonra təyinatla AMEA nın A.A.Bakıxanov adına Tarix İnstitutnda, daha sonra Arxeologiya və Etnoqrafiya İnstitutunda (indi   Arxeologiya və  Antropologiya İnstitutu) baş laborant, kiçik elmi işçi  vəzifələrində çalışmışdır.
1988-ci ildən Moskvada SSRİ Elmlər Akademiyasının Mikluxo Maklay adına Etnoqarfiya institutunda təcrübəçi-tədqiqaçı olaraq fəaliyyət göstərmişdir.
2000-ci ildə namizədlik dissertasiyanı müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini alıb.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. 
2000-2005-ci illərdə Unversitetin «Azərbaycan Tarixi» kafedrasında müəllim,  baş müəllim?  2006-cı ildən həmin kafedrada dosenti vəzifəsində çalııb.   
2014-cü ilə tarix üzrə doktoruq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi,   2015-ci ildə isə «Professor» elmi adını alıb.  
2023-cü ildən hal hazıra kimi Humanitar fənlər kafedrasının professoru vəzifəsində çalışır.
2019-cu ildən UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin  direktorudur.
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə 2023-cü ildə ildə Professor elmi adı alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Azərbaycanın multikultural mühitində tolerantlıgın modeli udilər (2016-2018), Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  “Qafqaz Albaniyası irsinin elmi veb səhifəsinin hazırlanması” (2022), həmçinin Frankfurt-Main Johann Wolfgang Goethe Universiteti “Khinalug Documentation Project” ( 2014) kimi   beynəlxalq layihələrdə iştirak edərək layihə rəhbəri olmuşdur.

100-dən artıq elmi əsərin, 12 monoqrafiya və dərs vəsaitinin müəllifidir. Elmi əsərləri Türkiyə və Rusiyada çap olunub.

2024-cü ildən  Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Arxeologiya elmləri  üzrə ekspert şurasının üzvüdür.
2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil  işçisi” döş nişanı ilə təltif olunmuşdur.
2025-ci ildə UNEC-in 95 illiyi münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrilə Təşəkkürnamə ilə  təltif  olunmuşdur.
Ailəlidir, iki övladı var.