Solmaz  Əliyeva

Solmaz Əliyeva

Ссылка Avesis
İstiqlaliyyət 6, AZ 1001, UNEC-in Əsas tədris korpusu
wrc@unec.edu.az ; nargiz_hajiyeva@unec.edu.az
(+994) 70 242 90 10
Əliyeva Solmaz Bəxtiyar qızı bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində “Kimya müəlimliyi” ixtisası üzə, magistr təhsilini isə Bakı Dövlət Universitetində “Kimya” ixtisası üzrə almışdır.
2015-2018-ci illərdə Bakı Dövlət Universitetinin “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının “Makromolekullar kimyası” ixtisası üzrə əyani doktoranturasında təhsil almış və “Butadien kauçuku və qrafit əsasında hibrid kompozitin oksidləşdirici xlorfosforlaşma reaksiyası ilə sintezi və tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2014-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Radiasiya Problemləri İnstitutu “Polimerlərin Radiasiya Kimyası və Texnologiyası” laboratoriyasında mühəndis, 2016-2018-ci illərdə Bakı Dövlət Universiteti “Metalkompleks katalizatorları” ETL-da əvəzçiliklə elmi işçi, 2019-2020-ci illərdə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) kimya laborantı kimi fəaliyyət göstərmişdir.
Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində “Neftin, qazın geotexnoloji problemləri  və kimya”  Elmi Tədqiqat  İnstitutunda elmi işçi vəzifəsində çalışır.
S.Əliyevanın tədqiqat sahəsi üzrə Web of Science bazasında indeksləşən dövri elmi nəşrlərdə çap olunan məqalə sayı 10, h- indeksi 4, istinad sayı 36-dır.
2021-ci il üçün elan olunmuş Azərbaycan Elm Fondunun “Gənc alim və tədqiqatçıların 6-cı qrant müsabiqəsi”nin (EİF-GAT-6-2021-2(39)) qalibi olmuşdur.