1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində iş fəaliyyətinə başlayıb. İqtisad elmləri namizədidir.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki UNEC) Ümumi şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1996-cı ildən Tələbə şöbəsinin müdiri vəzifəsində işləyib. 2020-ci ilin avqustundan Tələbə işləri mərkəzinin direktorudur.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.