Tələbə Elmi Cəmiyyəti

Gülşən   Yusifova

Gülşən Yusifova

Tələbə Elmi Cəmiyyətinin sədri

UNEC-in Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat və elmi-praktiki işinin təşkili və koordinasiyası üçün yaradılmış və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir.

TEC öz qarşısında kompleks vəzifələr qoyur: Tədqiqat işinin əsasının formalaşması və tələbələrin elmi idrak metoduna yiyələnməsi; Tələbələrin tədris materialını dərin və yaradıcı şəkildə mənimsəmələrinə yardım göstərilməsi; Elmin və praktikanın vəhdəti prinsipinə uyğun olaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, yeni biliklərin yaran­masının əsası kimi fundamental tədqiqatlara marağın inkişaf etdirilməsi; Tələbələrin elmi və praktik tədbirlərin keçirilməsi və onlarda iştirak etmək imkanı haqda məlumatlandırılması və s. 

TEC öz fəaliyyətini aşağıdakı formalarda həyata keçirir: TEC-in iclası və qarşıdakı elmi tədbirlər haqqında xəbər verilməsi; Dövlət, ictimai və beynəlxalq təşkilatlarla, elm nümayəndələri ilə əməkdaşlıq; Fənn olimpiadaları; İqtisadiyyatın ayrı-ayrı bölmələri üzrə intellektual və işgüzar oyunlar; Treninqlər və seminarlar; Elmi mövzular üzrə diskussiyalar və cəmiyyətin aktual inkişaf məsələlərinin müzakirəsi; Elmi konfransların, simpoziumların, dəyirmi masaların, işgüzar oyunların keçirilməsi. Hazırda UNEC TEC-in sədri Gülşən Yusifovadır.

UNEC Tələbə Elmi Cəmiyyətinin strukturu:

-Tələbə Elmi Cəmiyyətinin sədri
-Tələbə Elmi Cəmiyyətinin sədr müavini
-Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə sədrləri
-Tələbə Elmi Cəmiyyətinin departament direktorları
-Tələbə Elmi Cəmiyyətinin katibi
-Tələbə Elmi Cəmiyyətinin kafedra elmi-dərnəkləri üzrə koordinatoru

Departamentlər:

1. İnformasiya texnologiyaları departamenti
2. Beynəlxalq əlaqələr departamen
3. Layihələr departamenti
4. İctimaiyyətlə əlaqələr departamenti
5. İnsan resursları departamenti
6. Təlim departamenti

Təşkilatın xəbərləri

23 Haziran 2025
UNEC Rektörü: "Üniversitedeki reformların öğrenci topluluğuna iletilmesinde organizasyonların rolü büyüktür."
30 Mayıs 2025
UNEC-də V Science Slam beynəlxalq elm müsabiqəsi keçirilib
16 Mayıs 2025
UNEC-də “XXI əsr mühəndisliyi: texnoloji yeniliklər və ağıllı həllər” mövzusunda tələbə elmi konfransı keçirilib
09 Nisan 2025
Elm festivalında UNEC-in elmi jurnallarının təqdimatı keçirilib

İletişim

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 12 497-58-71

E-posta

Digər təşkilatlar