Tekla  Szep

Tekla Szep

Avesis linki
 İstiqlaliyyət 6, AZ 1001, UNEC-in Əsas tədris korpusu
(+994) 70 242 90 10
wrc@unec.edu.az ; nargiz_hajiyeva@unec.edu.az
Tekla Szep ali təhsilini 2004-2009-cu illərdə Macarıstanın Miskolc Universitetində "Regional inkişaf" ixtisası üzrə alıb.
Doktorantura təhsilini 2009-2012-ci illərdə həmin universitetdə alan T.Szep 2013- cü ildə “Şərqi-Mərkəzi Avropada enerjinin iqtisadi rolu” mövzusunda dissertasiya işini müdafiə edərək Ph.D. elmi dərəcəsinə layiq görülüb.
Tədqiqat sahələrini Enerji iqtisadiyyatı; Enerji səmərəliliyi; Rebound effekti; Enerji siyasəti; Enerji təhlükəsizliyi və s. istiqamətlər üzrə araşdırmalar təşkil edir. 
2012-ci ildən Miskolc Universitetinin İqtisadiyyat fakültəsinin baş müəllimi, 2017- ci ildən dosentidir.
2019-cu ildən etibarən həmin universitetin Dünya və Regional İqtisadiyyat İnstitutunun direktor müavini vəzifəsində çalışır.
Eyni zamanda Macarıstan Elmlər Akademiyasının Regional Davamlılıq Komitəsinin katibidir.
Bir sıra yerli və beynəlxalq layihələrdə tədqiqat qrupunun rəhbəri, meneceri, qiymətləndiricisi, koordinatoru və s. kimi fəaliyyət göstərir. 
Macarıstan   Elmlər   Akademiyasının,   Macarıstan   EnerjiAssosiasiyasının, Macarıstan İqtisadi Birliyinin və s. ictimai təşkilatların üzvüdür.
Tədqiqat sahəsi üzrə nüfuzlu elmi nəşrlərdə çap olunan 150-yə yaxın elmi məqalənin müəllifidir. Belə ki, T.Szepin Scopus elmi bazasında məqalə sayı 21, h-indeksi 5; Web of Science bazasında məqalə sayı 10, h-indeksi 3; Google Scholar elmi platformasında məqalə sayı 95, h-indeksi 11-dir. 
2020-ci ildə Miskolc Universitetinin Fəxri Professoru mükafatına layiq görülüb.