Validə Əliyeva Rəcəb
“Humanitar fənlər” kafedrasının dosenti
                                         Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
                                +(994) 12 564-40-07
                                        18.06.1961-ci ildə Goranboy rayonunun Əzizbəyov kəndində anadan olub. 
1985-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Kitabxanaşünaslıq və biblioqrafiya” fakültəsini (1980–1985-ci illər) bitirib.
1990–1991-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində olan “Kadrların ixtisasının artırılması və yenidən hazırlanması” fakültəsinin “Psixologiya” şöbəsində “Psixologiya müəllimi–psixoloq” ixtisası üzrə təhsil alıb.

                                        1985–2000-ci illərdə M.Ə.Sabir adına Pedaqoji Kollecdə biblioqraf, laborant, müəllim, həmçinin “Pedaqogika və psixologiya” fənn komissiyasının sədri vəzifəsində çalışmışdır.
1999-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək psixologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1999–2002-ci illərdə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda (indiki Azərbaycan Müəllimlər İnstitutu) “Psixologiya” kafedrasında müəllim vəzifəsində çalışmışdır.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
2002-ci ildə Universitetin “Fəlsəfə” kafedrasında baş müəllim vəzifəsində fəaliyyət göstərmiş, 2004-cü ildən həmin kafedrada dosent vəzifəsində çalışır.
2014-cü ildən Bakı Dövlət Universitetinin “Psixologiya” kafedrasına doktorant kimi təhkim olunmuşdur. “Müasir Azərbaycan qadınlarının özünə münasibət və özünütənziminin sosial-psixoloji problemləri” (ixtisas şifri: 19.00.05) mövzusunda doktorluq dissertasiyasını bitirmək üzrədir.
2002-ci ildən hal-hazıradək “Humanitar fənlər” kafedrasında dosent vəzifəsində çalışır.

                                        50-dən artıq elmi məqalənin, 2 dərs vəsaitinin, 1 metodik vəsaitin və çoxsaylı tədris proqramlarının müəllifidir. Elmi məqalələri Türkiyədə və digər ölkələrdə nəşr olunub.
ELMİ ƏSƏRLƏR (hiperlinkli əlavələr)
                                ELMİ ƏSƏRLƏR (hiperlinkli əlavələr)
                                        2021-ci ildə Həmkarlar İttifaqı işində yaxından iştirakına görə Fəxri fərmanla təltif olunmuşdur.
2024-cü ildə Universitet həyatında fəal iştirakına görə “UNEC Günü” münasibətilə Təşəkkürnamə ilə təltif olunmuşdur.
2025-ci ildə “UNEC Elm Festivalı”nda aktiv iştirakına görə və “Təhsil sistemində dəyərlərin təbliği” istiqamətində fəaliyyətinə görə, həmçinin “Müasir Təhsil Sistemində Dəyərlərin Təbliği” mövzusunda keçirilən II Milli Təhsil Zirvəsində iştirakına görə təşəkkürnamə və sertifikatla təltif olunmuşdur.

                                        Ailəlidir. İki övladı var.