Ana-Maria Bolboriçi
İstiqlaliyyət 6, AZ 1001, UNEC-in Əsas tədris korpusu
(+994) 70 242 90 10
wrc@unec.edu.az ; nargiz_hajiyeva@unec.edu.az

Ana-Maria Bolboriçi – Rumıniyanın Brasov Transilvaniya Universitetinin Sosiologiya və Kommunikasiya fakültəsinin dosenti və “Erasmus+” proqramının koordinatorudur.
Ana-Maria Bolboriçi ali təhsilini 1994-1998-ci illərdə Brasov Transilvaniya Universitetində Sosial və Kommunikasiya elmləri ixtisası üzrə almışdır. Doktorantura təhsilini Kluj-Napoka Babes- Bolyai Universitetində Siyasi elmlər və idarəetmə ixtisası üzrə alan A. Bolboriçi 2011-ci ildə “Avropa İttifaqının diplomatiyası və XXI əsrin əvvəllərində Yaxın Şərqdə böhran” mövzusunda dissertasiya işini müdafiə edərək beynəlxalq münasibətlər sahəsində Ph.D. elmi dərəcəsinə layiq görülmüşdür.

2022-ci ildən Brasov Transilvaniya Universitetinin Sosiologiya və Kommunikasiya fakültəsinin dosentidir.
Tədqiqat sahəsini Beynəlxalq münasibətlər və diplomatiya; Avropa institutları; Beynəlxalq hüquq; Sosial qanunvericilik üzrə araşdırmalar təşkil edir.
2000-2003-cü illərdə Buxarest Politexnik Universitetində məsləhətçi müəllim, 2003- 2006-cı illərdə Brasov Transilvaniya Universitetinin Sosiologiya və Kommunikasiya fakültəsinin müəllimi, 2006-2022-ci illərdə həmin fakültənin baş müəllimi, 2022-ci ildən isə dosentidir. Lucian Blaga Universitetində (ULBS), Norveç Cənub-Şərqi Universitetində, Qalile Beynəlxalq İdarəetmə İnstitutunda, Yaxın Şərq və Dini Araşdırmalar Mərkəzində, Buxarest Politexnik Universitetində sosial elmlər sahəsi üzrə təcrübə proqramlarında iştirak etmişdir.

Tədqiqat sahəsi üzrə nüfuzlu elmi nəşrlərdə dərc olunan 60-a yaxın məqalənin müəllifidir.
Belə ki, A.Bolboriçinin Google Scholar elmi bazasında məqalə sayı 28, h-indeksi 4, i10 indeksi 2, istinad sayı 61; Research Gate elmi bazasında məqalə sayı 30, istinad sayı 50-dir.