1 iyun 1958-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuşdur.
1983-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfat İnstitunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti – UNEC) bitirmişdir.
1984-cü ildə Azərbaycan SSRİ Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisad İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində işləmişdir.
1990-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində Menecment kafedrasında müəllim işləmişdir.
2025-ci ilə kimi UNEC-in Biznesin idarə edilməsi kafedrasında dosent vəzifəsində çalışır.
25.02.2025-ci il tarixindən həmin kafedranın professoru vəzifəsinə keçirilib.
2009-cu ildən isə sahibkarlıq və elm jurnalının baş redaktorudur. İndiyə qədər Dünya bankının, İslam İnkişaf bankının bir çox layihələrində ekspert və mütəxəssis kimi iştirak etmişdir.
80-dan yuxarı elmi metodiki əsərin, 4 dərs vəsaitinin, 1 monoqrafiyanın, 2 şerin müəllifidir.
Əsas elmi əsərləri: “Sahibkarlıq Fəaliyyətinin İdarə edilməsi” – (Dərs vəsaiti), “Menecer nəzarəti və Kordinasiya” – (Dərs vəsaiti), “Biznesin əsasları” – (Dərs vəsaiti), “Biznesin təşkili və idarə edilməsi”-(Dərs vəsaiti),”Beynəlxalq biznes”-(Dərs vəsaiti),“İnvestisiya Strategiyasının Formalaşması və Modernləşdirilməsinin İnkişafı Problemləri” – (Monoqrafiya).
1991-ci ildə Azərbaycan SSRİ Elmlər Akademiyası yanında Elmi-Tədqiqat İqtisad İnstitutunda namizədlik disertasiyasını müdafiə etmiş və iqtisadiyyat elmləri namizədi adını almışdır.
2008-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “QIZIL QƏLƏM” Media Mükafatı Laureatı Diplomuna layiq görülmüşdür.