Zarina  Burkadze

Zarina Burkadze

Avesis链接
Zarina Burkadze - Gürcüstanın İlya Dövlət Universitetinin Siyasi Elmlər kafedrasının dosentidir.
Bakalavr təhsilini İlya Dövlət Universitetində İngilis və Alman dilləri ixtisası üzrə, magistratura təhsilini isə Gürcüstan İctimai Əlaqələr İnstitutunda Beynəlxalq münasibətlər ixtisası üzrə almışdır.
Sürix Universitetində Siyasi elmlər üzrə doktorantura təhsili alan Z.Burkadze “Gürcüstanın demokratikləşdirilməsində rəqabət aparan xarici təsirlər və daxili koordinasiya: Aİ, NATO, ABŞ və Rusiya” mövzusunda dissertasiya işini müdafiə edərək Ph.D. elmi dərəcəsinə layiq görülmüşdür.

Tədqiqat sahəsini Rəqəmsal erada dövlət idarəçiliyi və demokratiya; Rəqəmsal İdarəetmə; Demokratiya və demokratikləşmə; Siyasi elmlər üzrə tədqiqat dizaynı; Postsovet dövlətlərində partiya siyasəti və seçki sistemləri və s. üzrə araşdırmalar təşkil edir.