Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, i.e.d., prof., əməkdar müəllim
Departament universitetin elmi potensialının inkişaf etdirilməsi, elmi tədqiqatların təşkili və idarə olunması üzrə funksiyaları yerinə yetirir.
UNEC-də idarəetmə prosesinin təkmilləşdirilməsi barədə Elmi Şuranın 27.02.2018-ci il və 29.06.2018-ci il tarixli qərarlarının icrasını təmin etmək məqsədilə Elm və innovasiyalar mərkəzi və Elm şöbəsi 01.10.2018-ci il tarixdən ləğv edilib və onun bazasında Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti yaradılıb. Texnologiya transfer mərkəzinin statusu dəyişdirilərək 01.10.2018-ci il tarixdən Texnologiya transfer şöbəsi adlandırılaraq departamentin tərkibinə daxil edilib.
Departamentin əsas məqsədi UNEC-də elmi fəaliyyətin səmərəli şəkildə təşkili, universitetin elmi potensialının inkişaf etdirilməsi, innovativ və tətbiqyönlü tədqiqatların dəstəklənməsi və beynəlxalq elmi mühitə inteqrasiyasını təmin etmək və s.-dir. Departamentin əsas funksiyalarına universitetdə elmi fəaliyyətin planlaşdırılması və koordinasiyası, elmi tədbirlərin təşkili, tədqiqat layihələrinin idarə olunması və s. aiddir.
Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, i.e.d., prof., əməkdar müəllim
EFTİED Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri
Texnologiya transfer şöbəsinin müdiri
Böyük mütəxəssis
Böyük mütəxəssis