Tələbə rektor

Nihad İsgəndərov

Nihad İsgəndərov

Tələbə rektor

UNEC-in tələbə rektoru universitetin əyani təhsil alan tələbələrindən (IV kurs və yuxarı – istisnadır) bir il müddətinə seçilir. 

Tələbə rektor UNEC-də təhsil alan tələbələrin maraqlarını təmsil etmək üçün seçilən nümayəndədir. Tələbə rektor universitetin bərabərhüquqlu idarəetmə orqanlarından biridir, Elmi Şuranın və digər struktur bölmələrinin fəaliy­yə­tində, eləcə də tələbələrin maraqlarını əhatə edən  məsələlərin müza­ki­rə­sinin və qərarların  qəbul edilməsi prosesində iştirak etmə hüququna malikdir.

Tələbə rektor gənclərlə iş üzrə müvafiq orqanlarla qarşılıqlı münasibətlərin qurulması məsələləri ilə əlaqədar təmsilçilik və ekspert funksiyalarını yerinə ye­ti­rir, ona verilən səlahiyyətlər daxilində universiteti və onun tələbələrinin maraq­la­rı­nı digər təhsil müəssisələri ilə münasibətlərdə təmsil edir. Tələbə rektor ictimai əsaslarla çalışır.

01.06.2024-cü il tarixdən 01.06.2025-ci il tarixə kimi Tələbə-Rektor İqtisadiyyat və idarəetmə fakültəsinin 508-ci qrup tələbəsi Nihad İsgəndərov seçilib.

Təşkilatın xəbərləri

27 мая 2025
UNEC – Gənclərin gələcəyini formalaşdıran universitet
23 мая 2025
UNEC-də Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib
16 апреля 2025
Tələbə rektor Radio UNEC-də hesabat verib

Контакты

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Телефон

(+994) 12 492-78-25

Электронная почта

teleberektor@unec.edu.az

Digər təşkilatlar