01.06.2024-cü il tarixdən 01.06.2025-ci il tarixə kimi Tələbə-Rektor İqtisadiyyat və idarəetmə fakültəsinin 508-ci qrup tələbəsi Nihad İsgəndərov seçilib.
Tələbə rektor
UNEC-in tələbə rektoru universitetin əyani təhsil alan tələbələrindən (IV kurs və yuxarı – istisnadır) bir il müddətinə seçilir.
Tələbə rektor UNEC-də təhsil alan tələbələrin maraqlarını təmsil etmək üçün seçilən nümayəndədir. Tələbə rektor universitetin bərabərhüquqlu idarəetmə orqanlarından biridir, Elmi Şuranın və digər struktur bölmələrinin fəaliyyətində, eləcə də tələbələrin maraqlarını əhatə edən məsələlərin müzakirəsinin və qərarların qəbul edilməsi prosesində iştirak etmə hüququna malikdir.
Tələbə rektor gənclərlə iş üzrə müvafiq orqanlarla qarşılıqlı münasibətlərin qurulması məsələləri ilə əlaqədar təmsilçilik və ekspert funksiyalarını yerinə yetirir, ona verilən səlahiyyətlər daxilində universiteti və onun tələbələrinin maraqlarını digər təhsil müəssisələri ilə münasibətlərdə təmsil edir. Tələbə rektor ictimai əsaslarla çalışır.
01.06.2024-cü il tarixdən 01.06.2025-ci il tarixə kimi Tələbə-Rektor İqtisadiyyat və idarəetmə fakültəsinin 508-ci qrup tələbəsi Nihad İsgəndərov seçilib.